AZ

Fəzail Ağamalıdan oğlu ilə bağlı suala REAKSİYA

“Ana Vətən Partiyasının fəaliyyəti qaydasındadır”.

Bizim.Media xəbər verir ki, bunu sabiq deputat və Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı jurnalistlərin suallarını cavablandırarkən deyib. O, oğlunun Ədliyyə Nazirliyinə müraciətinə isə münasibət bildirməyərək, "Ədliyyə Nazirliyinə müraciətini gedin, özündən soruşun" , -deyə Fəzail Ağamalı qeyd edib. 
 

Qeyd edək ki, Ana Vətən Partiyasının sədr müavini Elçin Ağamalı oktyabrın 25-də keçirilmiş qalmaqallı qurultayın nəticələri ilə bağlı noyabrın 3-də Ədliyyə Nazirliyinə müraciət edib.


Xatırladaq ki, oktyabrın 25-də Ana Vətən Partiyasının növbədənkənar qurultayı keçirilib.

Qurultayda partiyanın sədri Fəzail Ağamalının qızı deputat Günay Ağamalının namizədliyini dəstəkləməsi qalmaqala səbəb olub. Fəzail Ağamalının oğlu Elçin Ağamalı səsvermə keçirildiyini və özünün sədr seçildiyini bildirib. Fəzail Ağamalı və Günay Ağamalı isə qurultayın müddətinin uzadıldığını deyirlər. 

Nəzrin Mirzəyeva, Sadiq Məmmədov, Bizim.Media

Seçilən
9
2
bizim.media

3Mənbələr