AZ

Bakıda siçovullar yasayış binasına girir, maşınlara zərər vurur - VİDEO

Bakının Nərimanov rayonu, Təbriz küçəsi 94 ünvanında yerləşən binaya siçovullar darışıb.

"Unikal" Xəzər TV-yə istinadən xəbər verir ki, siçovullar avtomobillərin su və yanacaq borusunu gəmirərək yararsız hala salıb.

Burdakı yaşayış binasında yaşayan sakinlər 2 aydır ki, siçovullarla mübarizə apardıqlarını deyirlər.

Sakinlərin sözlərinə görə, binanın ətrafına məişət tullantıları atıldığı üçün siçovullar burada məskən salıb.

Seçilən
13
4
unikal.az

10Mənbələr