AZ

23 ildən sonra ölüm faktı təsdiqləndi

Yazını böyüt
Yazını kiçilt

Bakıda 23 il əvvəl vəfat edən şəxsin ölüm faktı indi təsdiqlənib

Hafta.az xəbər verir ki, bununla bağlı Binəqədi Rayon Məhkəməsində qərar qəbul edilib. Belə ki, iddiaçı məhkəməyə müraciət edərək 1939-cu il təvəllüdlü atasının 2002-ci ildə vəfat etməsi faktının müəyyən olunmasını xahiş edib.

Ərizə onunla əsaslandırılıb ki, iddiaçının atası 1939-cu ildə anadan olub, 2002-ci ildə ev şəraitində vəfat edib və onun ölümü baş verdiyi gün təcili tibbi yardıma məlumat verilməyib. İddiaçı qeyd edib ki, həmin vaxtdan bu günədək ölüm haqqında şəhadətnaməyə ehtiyac olmadığı üçün həmin sənəd alınmayıb. Hazırda mərhumun adına olan əmlakın vərəsələrinin adına rəsmiləşdirilməsi üçün müvafiq quruma müraciət olunsa da, cavab olaraq bildirilib ki, ölüm haqqında həkim arayışı təqdim olunmadığı üçün ona ölüm haqqında şəhadətnamə verilməsindən imtina edilib və məhkəməyə müraciət etmək tövsiyə olunub.

Məhkəmənin qərarı ilə 1939-cu il təvəllüdlü şəxsin 2002-ci ildə Hacıqabul şəhərində (ev şəraitində) ölməsinə dair hüquqi fakt müəyyən edilib.

Seçilən
0
1
hafta.az

2Mənbələr