Yaponiyanın şimalındakı Aomori adası yaxınlığında 6.7 bal gücündə növbəti zəlzələ baş verib.
Sitat.info xəbər verir ki, bu barədə Yaponiya Milli Meteorologiya İdarəsi məlumat yayıb.
Məlumata görə, zəlzələdən sonra ölkənin şimal və şimal-şərq bölgələrində sunami xəbərdarlığı edilib.
Dağıntı və təlafatla bağlı məlumat verilməyib.
Bir neçə gün öncə Aomori adasının şərqində baş verən 7.5 bal gücündə zəlzələ nəticəsində 39 nəfər yaralanmışdı.