80 il əvvəl təsis edilmiş Birləşmiş Millətlər Təşkilatı (BMT) öz missiyasını ləyaqətlə yerinə yetirməyə davam edir və dünyada maraqlar balansını təmin edən yeganə mexanizmdir.
Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Aşqabadda keçirilən Beynəlxalq Sülh və Etimad Forumunda çıxış edərkən bildirib.
Rusiya prezidenti qeyd edib: "80 il əvvəl yaradılan bu təşkilat bu günə qədər öz missiyasını ləyaqətlə yerinə yetirir və əslində beynəlxalq maraqlar balansını təmin etməyə imkan verən unikal, bir çox hallarda yeganə mexanizmdir. Ən əsası isə, bütün tərəflərin mövqeləri və fikirləri nəzərə alınmaqla mürəkkəb problemlərə razılaşdırılmış həllər tapır".