AZ

Maduro neft tankerini ələ keçirən ABŞ-ı Karib dənizi quldurları ilə müqayisə etdi


Venesuela prezidenti Maduro ABŞ-ın ölkə sahillərində neft tankerini ələ keçirməsini "Karib dənizi piratlarına" bənzədərək, "Onların maskaları rəsmi olaraq düşüb" deyib.
Venesuela prezidenti Nikolas Maduro paytaxt Karakasda partiyası tərəfindən təşkil edilən ictimai tədbirdə çıxış edərək, ABŞ tərəfindən ölkə sahillərində neft tankerinin ələ keçirilməsinə münasibət bildirib.
ABŞ-ın Venesuelaya qarşı əsl niyyətlərinin aşkarlandığını vurğulayan Maduro dedi:

"Onların maskaları rəsmi olaraq düşüb. Bütün Karib dənizini hədəf alan yeni bir dəniz piratçılığı dövrü başlayıb. Tren de Aragua-nın narkotik kartellərinə və narkotiklərə qarşı mübarizə apardığı iddiaları tamamilə yalandır. Həqiqətən qanunsuz və cinayətkar bir hadisə baş verib. Karib dənizi piratları kimi dinc bir zonada özəl bir ticarət gəmisi mühasirəyə alınıb, əsgərlər yerləşdirilib, zorla saxlanılıb və gəmi oğurlanıb."

Maduro bildirib ki, ABŞ gəmini Venesuela sahillərində deyil, Atlantik okeanında, Trinidad və Tobaqo və Qrenada sahillərinin şimalında ələ keçirib.

aia.az
Tərcümə şöbəsi



Seçilən
10
aia.az

1Mənbələr