AZ

Politico: Tramp Çinlə rəqabət üçün beş müttəfiqdən ibarət koalisiya qurur...

Sinqapur, Avstraliya, Yaponiya, Cənubi Koreya və İsrail kritik minerallar, süni intellekt və texnologiyalar üzrə ABŞ ilə birgə fəaliyyət göstərəcək...

Poliqon xəbər verir ki, ABŞ prezidenti Donald Trampın administrasiyası Çin­in mədən sənayesi, süni intellekt və qabaqcıl texnologiyalar sahəsində artan dominantlığına qarşı yeni beynəlxalq koalisiya formalaşdırır. Politico nəşrinin məlumatına görə, 12 dekabrda imzalanacaq xüsusi deklarasiya Sinqapur, Avstraliya, Yaponiya, Cənubi Koreya və İsraili bir çərçivədə birləşdirəcək.

Sənədin məqsədi kritik xammal çatışmazlığını aradan qaldırmaq, həmçinin Çin­in strateji minerallara yatırımlarını məhdudlaşdırmaqdır. Eyni zamanda Tramp administrasiyası koalisiyanın tərkibini genişləndirməyi, mineral ehtiyatları, texnoloji imkanları və istehsal gücü olan digər ölkələri də cəlb etməyi planlaşdırır.

ABŞ dövlət katibinin iqtisadi məsələlər üzrə müavini Ceykob Helberqin Politico-ya açıqlamasına görə, deklarasiya həmçinin infrastruktur layihələrinin birgə inkişafını, elmi tədqiqat əməkdaşlığını və Çinə qarşı vahid texnoloji strategiyanın qurulmasını nəzərdə tutur. Helberq bildirib ki, ABŞ xüsusilə Çin­in süni intellekt və kvant texnologiyalarına apardığı genişmiqyaslı yatırımların onun XXI əsr iqtisadiyyatında ciddi üstünlük yaratmasından narahatdır.

“Hazırda süni intellekt sahəsində Çinlə rəqabəti müzakirə etmək üçün heç bir beynəlxalq qrup mövcud deyil. Bu ölkələr qrupunun süni intellekt dövründə rolu, sənaye dövründə G7-nin gördüyü işə bənzər olacaq”, deyə Helberq vurğulayıb.

Poliqon.info

Seçilən
27
poliqon.info

1Mənbələr