Bakı. Trend:
12 dekabr 2025-ci ildə Ümummilli Lider Heydər Əliyevin anım günüilə əlaqədar Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakısəfirliyində anım mərasimi keçirilib
Trend bu barədəAzərbaycanın Çindəki Səfirliyinə istinadən xəbər verir.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Səfirlikdəki büstü önünəəklil qoyulub, əziz xatirəsi bir dəqiqəlik sükut ilə yadedilib.
Səfir Bünyad Hüseynov həyatını qüdrətli Azərbaycan dövlətininyaradılmasına və inkişafına həsr etmiş görkəmli dövlət xadimiÜmummilli Lider Heydər Əliyevin həyat yolu, Azərbaycan dövlətininvə dövlətçiliyinin möhkəmləndirilməsində əvəzsiz xidmətləri barədədanışıb. Heydər Əliyevin tarixə müdrik rəhbər, böyük strateq vəqlobal düşüncəli siyasi Lider kimi düşdüyünü deyib. Heydər ƏliyevinAzərbaycan xalqını və dövlətini tarixin ağır və sərt sınaqlarındançıxardığını, işıqlı gələcəyin etibarlı bünövrəsini yaratdığınıvurğulayıb.
Səfir bildirib ki, Ulu Öndər Azərbaycan-Çin münasibətlərinininkişafına xüsusi diqqət yetirib. Heydər Əliyevin təşəbbüsü iləAzərbaycanın Çində səfirliyi təsis edilib, 7-10 mart 1994-cü ildəÇinə rəsmi səfəri isə iki ölkə əlaqələrində xüsusi əhəmiyyətəmalikdir. Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezidentcənab İlham Əliyevin yürütdüyü praqmatik və uzaqgörən siyasətnəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bərpaolunmaqla yanaşı, ölkəmiz regionun sürətlə inkişaf edən dövlətinəçevrilib. Azərbaycan Respublikası ilə Çin Xalq Respublikasıarasında münasibətlər isə hərtərəfli strateji tərəfdaşlıqsəviyyəsinə yüksəlib.
Daha sonra Səfirliyin əməkdaşları Ulu Öndərin öz fəaliyyətindədaim humanizm prinsiplərini əsas tutmasına istinad edərək, xüsusiqayğıya ehtiyacı olan uşaqlar üçün sosial reabilitasiya vəadaptasiya xidmətləri göstərən, onların cəmiyyətə inteqrasiyasınadəstək verən "Pekin Uşaq Rifah İnstitutu"nu ziyarət ediblər.
Səfir Bünyad Hüseynov müəssisənin əməkdaşları ilə söhbətindəbildirb ki, Azərbaycan xalqı mərhəməti və humanistliyi ilə tanınır.Ümummilli Lider Heydər Əliyev də fəaliyyətinin bütün dövrlərindəmərhəməti, humanizmi və mənəvi dəyərləri hər şeydən uca tutub.Təsadüfi deyil ki, Heydər Əliyev Fondu da bu gün öz fəaliyyətiniməhz Ümummilli Liderin sadiq olduğu humanizm prinsipləri əsasındaqurub. Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın Birincixanımı Mehriban Əliyeva genişmiqyaslı sosial və humanitar layihələrhəyata keçirir və xeyriyyə tədbirləri təşkil edir. Bayram vəəlamətdar günlərdə sağlamlıq imkanları məhdud olan uşaqlarlagörüşür, onlar üçün maraqlı - mədəni proqramlar təşkil edir. HeydərƏliyev Fondunun bu tədbirləri cəmiyyətdə humanizmin daha genişvüsət almasına, insanlarda mərhəmət hissinin aşılanmasına xidmətedir.
“Pekin Uşaq Rifah İnstitutu”nun rəhbəri Səfirliyin xüsusiqayğıya ehtiyacı olan uşaqlara göstərdiyi diqqət və qayğını yüksəkqiymətləndirərək bildirdi ki, mərhəmət dolu belə təşəbbüsə görəAzərbaycan xalqına və Azərbaycan Səfirliyinə minnətdarıq. Mərhəmətsərhəd tanımır, dağları və çayları aşaraq buradakı uşaqlar üçünAzərbaycandan istilik gətirməyiniz insanda söz ilə ifadə olunmayanhisslər yaradır. Heydər Əliyev kimi dahi şəxsiyyətin adınagöstərilən mehribanlıq müəssisəmizin sakinlərini sevindirir vəonların özünə inam hissini artırır.
Sonda müəssisədə müalicə alan uşaqların istifadəsi üçün zəruriolan gündəlik təlabat məhsulları təqdim edilib.