AZ

TƏCİLİ! Gizli plan ORTAYA ÇIXDI - Dünyanın düzəni dəyişir, 4 ölkə...

ABŞ-da yerləşən müdafiə saytı Defense One sızdırılmış məxfi sənədə əsaslanaraq, Vaşinqtonun Avropa İttifaqındakı (Aİ) siyasi tarazlığı kökündən dəyişdirmək üçün hərtərəfli strategiya hazırladığını iddia edir.

Olaylar.az xəbər verir ki, hesabata görə, Tramp administrasiyası "Avropanı yenidən böyük et" (Make Europe Great Again) adlı plan çərçivəsində Avstriya, İtaliya, Macarıstan və Polşanı Aİ-dən uzaqlaşdırmağı və onları Vaşinqtona yaxınlaşdırmağı hədəfləyir.

Hesabatda iddia edilir ki, ictimaiyyətə açıqlanan 33 səhifəlik strategiya sənədinə əlavə olaraq, daha əhatəli bir layihə də yayılıb. Defense One-a görə, bu layihədə Polşa, Avstriya, İtaliya və Macarıstan ABŞ ilə sıx əməkdaşlığa cəlb edilməli olan ölkələr kimi açıq şəkildə göstərilir.

693b94a6ea0b796a735bad46.jpg

Hesabatda qeyd olunur ki, bu ölkələr Trampla yaxın əlaqələri olan liderlər tərəfindən idarə olunur, ABŞ liderinin Macarıstanın Baş naziri Viktor Orban və Polşa Prezidenti Karol Navrotski ilə isti əlaqələri vurğulanır. Trampın İtaliyanın Baş naziri Giorgia Melonini "fantastik qadın" adlandırdığı da məlumdur.

İddialar Avropa mətbuatında böyük ajiotaj yaradıb, Ağ Ev isə bu məlumatları qəti şəkildə təkzib edib. Ağ Evin mətbuat katibinin müavini Anna Kelli sənədin mövcudluğunu rədd edib: "Prezident Tramp şəffafdır və milli təhlükəsizlik strategiyasını şəxsən imzalayıb. "Alternativ sənəd" iddiası tamamilə yalandır".

İddialar Avropada diplomatik böhrana səbəb olub. Avropa Şurasının prezidenti António Kosta Vaşinqtona reaksiya verərək deyib: "ABŞ Avropa vətəndaşları adından hansı tərəflərin haqlı, hansının isə haqsız olduğuna qərar verə bilməz".

Almaniya kansleri Fridrix Merz isə daha ehtiyatlı bir açıqlama verərək strategiyanın bəzi hissələrinin "başa düşülən" olduğunu, lakin Avropanın təhlükəsizlik siyasətində "ABŞ-dan daha az asılı" olmalı olduğunu bildirib.

Polşa Baş naziri Donald Tusk birbaşa Vaşinqtona müraciət edərək deyib: "Avropa sizin düşməniniz deyil, ən yaxın müttəfiqinizdir. Biz bunu 80 ildir bilirik. Bu xətti qorumaq ümumi təhlükəsizliyimiz üçün vacibdir". (Musavat.com)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
25
2
olaylar.az

3Mənbələr