AZ

Bakıda 2 maşın qaz borusuna çırpıldı: Yanğın başladı

Nizami rayonu Bəkir Çobanzadə küçəsində yol-nəqliyyat hadisəsi baş verib.

Publika.az Oxu.az-a istinadən xəbər verir ki, qəza gecə saatlarında qeydə alınıb.

Belə ki, iki avtomobil toqquşaraq qaz borusuna çırpılıb. Toqquşma nəticəsində "Porşe Panamera" markalı avtomobil aşıb. Qəza nəticəsində yanğın başlayıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunublar.

***

Seçilən
14
1
publika.az

2Mənbələr