ABŞ-nin Konnektikut ştatında keçmiş müəllimə azyaşlı şagirdi ilə münasibətdə ittiham olunur...
Poliqon xəbər verir ki, ABŞ-nin Konnektikut ştatında musiqi müəlliməsi işləmiş Siera Pikar azyaşlı şagirdi ilə münasibətdə olduğu üçün məhkəməyə çıxarılacaq. İstintaq materiallarına görə, Pikarın 14 yaşlı şagirdi ilə münasibət təxminən üç il davam edib.
Hadisə barədə zərərçəkmiş yalnız 25 yaşında valideynlərinə məlumat verib. Bundan sonra ailə polisə müraciət edib. Avqust ayında Pikar ilk dəfə dindirilib. O, əvvəlcə ittihamları inkar etsə də, sonradan münasibətin “həddindən artıq açıq” olduğunu etiraf edib. Müəllimə iddia edib ki, intim əlaqə yalnız şagird kollecə daxil olduqdan sonra baş verib.
Dekabrın əvvəlində Pikar könüllü şəkildə polisə təslim olub. Ona qarşı azyaşlı ilə beş epizod üzrə cinsi münasibətdə olmaq ittihamı irəli sürülüb. Hazırda o, girov qarşılığında azadlığa buraxılıb. Məhkəmənin ilk iclası 16 dekabr tarixində keçiriləcək.
Poliqon.info