AZ

Kriptovalyuta birjasında artım dinamikası müşahidə olunub

Kriptovalyuta birjasında son sutka ərzində əsasən artım dinamikası müşahidə olunub...

“APA-Economics” xəbər verir ki, “bitcoin”in (BTC) qiyməti son 24 saatda 2,03% artaraq 92 164 dollar səviyyəsinə yüksəlib. Ethereum (ETH) üzrə qiymət 0,94% artım göstərərək 3 236 dollar olub. Stabil koin olan Tetherin (USDT) qiyməti isə dəyişməyərək 1 dollar səviyyəsində qalıb.

İlk onluqda yer alan digər kriptovalyutalar -XRP 0,71%, BNB 2,06% bahalaşıb. Digər stabil koin olan USDC üzrə qiymət demək olar ki, dəyişməyib. Solana (SOL) 4,41% artım göstərərək ilk onluqda ən yüksək gündəlik müsbət dinamika nümayiş etdirən kriptovalyutalardan biri olub. TRON (TRX) 0,05% və Dogecoin (DOGE) 1,08% yüksəlib, “Cardano”nun (ADA) qiyməti isə 2,35% azalıb.

Analitiklərin fikrincə, bazarın əsas kriptovalyutalarında müşahidə olunan müsbət dinamika əsasən qlobal maliyyə bazarlarında risk iştahasının nisbətən artması və investorların əsas kriptovalyutalara marağının qorunması ilə bağlıdır. Digər kriptovalyutalar üzrə fərqli qiymət hərəkətləri isə bazarda selektiv alışların davam etməsi və bəzi aktivlər üzrə mənfəət reallaşdırılması ilə izah olunur.

Poliqon.info

Seçilən
24
4
poliqon.info

5Mənbələr