AZ

Heydər Əliyevin yaratdığı Azərbaycan bütün məqsədlərinə çatan dövlətdir - Xanlar Fətiyev

Bakı. Trend:

Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatından22 il ötür. İllər bir-birini əvəz etdikcə, Azərbaycanın tariximöhtəşəm uğurlarla zənginləşdikcə, Heydər Əliyevin böyüklüyünü,müdrikliyini daha yaxından görür, daha dərindən anlayırıq. UluÖndərin yaratdığı təməllər üzərində yüksələn Azərbaycan qarşısındadayanan bütün məqsədlərə inamla çatan, regionda və dünyada sözsahibi olan dövlətdir.

Heydər Əliyev harada və hansı vəzifədə çalışmasından asılıolmayaraq hər zaman Azərbaycanın yüksəlişi, xalqımızın rifahı üçünçalışıb, bunun üçün lazım olan hər şeyi edib. Ona görə Ulu Öndərinhəm sovet, həm də müstəqillik dövründə Azərbaycana rəhbərlik illəritariximizin intibah səhifələridir. Bu dövrlərdə Azərbaycanböhranlardan, tənəzzüllərdən xilas olub, Heydər Əliyev öz dühasıilə Azərbaycanın yüksəlişinə nail olub. Hər bir dövrdə xalqımızÜmummilli Lider Heydər Əliyevin cəsarətinə, vətən sevgisinə,qətiyyətli siyasətinə şahidlik edib.

Ulu Öndər Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi1969-1982-ci illəri əhatə edir. Məhz bu dövr Azərbaycantarixşünaslığında haqlı olaraq müasir tariximizin ilk intibahmərhələsi kimi xarakterizə edilir. Neft ölkəsi olmasına baxmayaraq,ötən əsrin 60-cı illərinin sonuna qədər Azərbaycanın iqtisadi vəsosial göstəriciləri digər müttəfiq respublikalarla müqayisədəxeyli geri idi. Lakin 1969-cu ilin 14 iyulunda Heydər ƏliyevinAzərbaycana rəhbərliyə başlaması ilə respublikamızın həyatındatamamilə yeni inkişaf mərhələsinin əsası qoyuldu. Qısa müddətdəiqtisadiyyatda mühüm irəliləyişlərə nail olundu, Azərbaycan ittifaqmiqyasında həm də sənaye respublikası kimi tanınmağa başladı.

İqtisadiyyatla yanaşı, həmin tezliklə cəmiyyət həyatının digərsahələrində də canlanma yarandı, əhalinin sosial rifahında müsbətədoğru dəyişiklik baş verdi. O illərdə həm də Bakı şəhəri böyüdü,yeni mikrorayonlar, qəsəbələr salındı. Ulu Öndərin təşəbbüskarlığıilə bu gün paytaxtımıza gözəllik verən möhtəşəm binalar inşaedildi. O cümlədən kəndlərimiz dəyişdi, inkişaf yoluna qədəm qoydu,aqrar sferadakı nailiyyətlərimiz ittifaq miqyasında üstünlüyünüdaim qorudu.

Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövrü həm dəxalqımızın milli oyanışına xidmət edən tədbirlərin həyatakeçirilməsi ilə əlamətdardır. Həmin illərdə ideoloji məsələlərsovet dövlətinin müəyyən etdiyi çərçivədə tənzimlənirdi. Bu sahədəmilli təəssübkeşlikdən çıxış etmək sovet dövlətinin rəhbərliyitərəfindən qəbul edilmirdi və hətta təhlükəli idi. Bütün bunlararəğmən Heydər Əliyev böyük cəsarət nümayiş etdirərək, xalqımızınmilli dəyər və ənənələrinin qorunmasına çalışırdı. O illərdəAzərbaycan dilinin Konstitusiyada dövlət dili kimi təsbit olunması,azərbaycanlı kadrların vəzifələrdə irəli çəkilməsi, tariximizinöyrənilməsinə xüsusi diqqət yetirilməsi, milli mövzulara müraciətedən yazıçı və şairlərin təqib olunmalarının qarşısının alınmasıUlu Öndərin xalqımız qarşısındakı tarixi xidmətlərindən xəbərverir.

Bir məsələni də qeyd etməliyik ki, nə qədər ki, Heydər Əliyevinhəm Azərbaycana rəhbərlik etdiyi, həm də Kremldə çalışdığı dövrdəermənilər Azərbaycana qarşı ərazi iddiası ilə çıxış edəbilməmişdilər. Onların bütün saxta iddialarının qarşısını HeydərƏliyev qətiyyətlə almışdı. Ermənilər Azərbaycana qarşı əsassıziddialarını və separatçılıq fəaliyyətlərini yalnız xalqımızın dahioğlunun yalnız M.Qorbaçovun siyasətinə etiraz olaraq, özvəzifələrindən istefa etməsindən sonra həyata keçirə bildilər.

Heydər Əliyev vəzifələrindən istefa verdikdən sonra da özxalqının yanında idi. Bu baxımdan Ulu Öndəri sonrakı siyasifəaliyyəti xalqımızın öz müstəqilliyi uğrunda mübarizəsinin mühümbir mərhələsini təşkil edir. Heydər Əliyevin 1990-cı il yanvarayında Moskada 20 yanvar faciəsi ilə əlaqədar sovet rəhbərliyinicəsarətlə ifşa etməsi, sonrakı dövrdə Naxçıvandakı siyasifəaliyyəti respublikamızda başlanan azadlıq mübarizənin daha dagüclənməsinə böyük təkan vermişdi. Dahi şəxsiyyətin təşəbbüsü iləNaxçıvanda üçrəngli bayrağımızın ilk dəfə rəsmi bayraq kimi təsbitolunması sıradan bir hadisə deyildi. Bu, müstəqillik mübarizəsiniyeni mərhələyə yüksəldən siyasi qətiyyətin möhtəşəm təcəssümüidi.

Heydər Əliyev hər zaman öz əməlləri ilə öz dövlətinə layiqlixidmətin nümunəsini yaradıb, daim öz xalqının yanında olub. Onagörə müstəqilliyimizin ilk illərində yaranan dərin siyasi böhranzamanı xalqımızın Ulu Öndərə üz tutması təsadüfi deyildi. Hər kəsbilirdi ki, yalnız Heydər Əliyevin siyasi müdrikliyi və təcrübəsiAzərbaycanı bu xaosdan xilas edə bilər. Ulu Öndərin rəhbərliyi ilə1992-ci ildə Yeni Azərbaycan Partiyasının yaranması da HeydərƏliyevə olan ümummilli inamdan xəbər verirdi.

1993-cü ilin ortalarına doğru respublikada siyasi böhran daha dakəskinləşmiş, proseslər idarəetmədən çıxmışdı. Müstəqilrespublikamız Xalq Cümhüriyyətinin taleyini yaşamağa yaxın idi.Lakin həmin dövrdə ümidlər itməmişdi və hamı inanırdı ki, ölkəmizidüşdüyü böhranlı vəziyyətdən yalnız Heydər Əliyev dühası xilas edəbilər. 1993-cü ilin noyabrında xalqın çağırışına cavab verərəkBakıya gələn Heydər Əliyev özünün növbəti tarixi missiyasınışərəflə yerinə yetirdi, müstəqilliyimizin itirilməsinin,dövlətçiliyimizin məhvinin qarşısını aldı. Məhz Ulu Öndərinsayəsində siyasi – hərbi böhrana, hakimiyyətə silahlı yolla gəlməkənənəsinə birdəfəlik son qoyuldu, ictimai-siyasi sabitlik təminolundu. Ulu Öndərin yaratdığı Azərbaycan Ordusu düşmənin işğalçıhücumlarının qarşısını qətiyyətlə aldı. Xilaskarlıq missiyasınıqətiyyətlə həyata keçirən Heydər Əliyev hüqüqi, dünyəvi vədemokratik dövlət quruculuğu prosesini də uğurla reallaşdırdı,müasir Azərbaycan dövlətinin banisi oldu.

Ulu Öndərin müstəqil Azərbaycana rəhbərlik etdiyi 10 iltariximizə inkişaf və hüquqi dövlətçiliyimizin əsaslarının dahamöhkəmləndirilməsi dövrü kimi daxil oldu. Ölkəyə xarici sərmayələrcəlb edildi, dövlət idarəçiliyi mexanizmi yenidən yaradıldı, genişmiqyaslı siyasi, hüquqi, iqtisadi, sosial və mədəni islahatlarhəyata keçirildi, respublikamız dünya birliyində yerinimöhkəmləndirdi, geosiyasi mövqelərini gücləndirdi.

1993-cü ildən Azərbaycanda başlanan Heydər Əliyev siyasi kursubu gün də ölkəmizə tarixi nailiyyətlər qazandırır. Ötən 22 ildəHeydər Əliyev yolunun möhtərəm Prezident İlham Əliyev cənablarıtərəfindən layiqincə davam etdirilməsi Azərbaycanı yeni inkişafmərhələsinə yüksəldib. Bu illər ərzində tariximizin qürurvericisəhifələri yazılıb, Azərbaycan regionda və dünyada söz və yüksəknüfuz sahibi olan dövlətə çevrilib. Qətiyyətli siyasətinin vəqazandığımız hər bir uğurun nəticəsi olaraq Prezident İlhamƏliyevin adı dünyanın ən nüfuzlu dövlət başçıları ilə bir sıradaçəkilir.

Sözsüz ki, Heydər Əliyev siyasi kursunun davam etdirilməsinin2003-cü ildən sonra xalqımıza yaşatdığı ən böyük uğurtorpaqlarımızın işğaldan azad olunmasıdır. Bununla da dövlətimizinyeganə ağrılı probleminə son qoyuldu, cənab Prezident, Müzəffər AliBaş Komandan İlham Əliyev Ulu Öndərin vəsiyyətini və ən böyükarzusunu layiqincə yerinə yetirdi.

Anım günündə bir daha Heydər Əliyevi rəhmətlə anır, əzizxatirəsini ehtiramla yad edirik. Ulu Öndərin ideyaları hər zamanrespublikamızın inkişaf yollarına işıq salacaq.

Xanlar Fətiyev,
Milli Məclisin deputatı

Seçilən
23
3
az.trend.az

10Mənbələr