AZ

ABL: "Sumqayıt" "Ordu"ya qarşı, "Sərhədçi"də autsayderlərin dueli

Azərbaycan Basketbol Liqasının 9-cu turu davam edir.

Fanat.Az xəbər verir ki, bu gün daha iki oyun keçiriləcək. 

Turun ikinci günündə əvvəlcə B qrupunda yer alan "Sumqayıt"la "Ordu" münasibətlərinə aydınlıq gətirəcəklər. Daha sonra isə A qrupunda NTD ilə "Şəki" qarşılaşacaq.

ABL
9-cu tur

19:00. "Sumqayıt" – "Ordu"
Sumqayıt. Olimpiya İdman Kompleksi.

20:00. NTD – Şəki
Bakı. “Sərhədçi” İdman Kompleksi.

Tura 14 dekabrda yekun vurulacaq:

16:00. "Abşeron Lions" – "Neftçi"
Bakı. "Sərhədçi" İdman Kompleksi.

Qeyd edək ki, "Sabah" ilə "Gəncə" arasında keçiriləcək oyun qeyri-müəyyən müddətə təxirə salınıb.

Turun açılış oyunlarının nəticələri: "Lənkəran" – "Quba" 87:95, "Naxçıvan" – "Sərhədçi" 90:74.

A Qrupu

1. Sabah 8 8 0 +194 16
2. Abşeron Lions 8 7 1 +79 15
3. Gəncə 8 4 4 -28 12
4. Neftçi 7 2 5 +21 9
5. Şəki 7 2 5 -90 9
6. NTD 8 0 8 -176 8

B qrupu

1. Ordu 8 8 0 +175 16
2. Naxçıvan 9 7 2 +44 16
3. Quba 9 4 5 -13 13
4. Lənkəran 9 3 6 -26 12
5. Sərhədçi 9 2 7 -84 11
6. Sumqayıt 8 2 6 -96 10
 

Seçilən
4
1
fanat.az

2Mənbələr