AZ

İki kollecə yeni direktor müavinləri təyin olunub

Bakı.Trend:

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə ikikollecə təyinatlar olub.

Trend xəbərverir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumatyayıb.

Bildirilib ki, Əhəd Məmmədov Ağcabədi Pedaqoji Kollecinin,İsmayıl Məmmədov isə Azərbaycan Dövlət İqtisad Universitetininnəzdində Qida Sənayesi Kollecinin tədris işləri üzrə direktormüavini vəzifəsinə təyin ediliblər.

Əhəd Məmmədov Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialında"İngilis dili müəllimliyi" ixtisası üzrə bakalavr təhsili alıb,magistratura səviyyəsi üzrə təhsilini isə hazırda ADAUniversitetində "Təlim və tədrisin təşkili və metodikası" ixtisasıüzrə davam etdirir. Ə.Məmmədov əmək fəaliyyətinə 2017-ci ildə Bərdərayon İ.Hümbətov adına Soğanverdilər kənd tam orta məktəbindəingilis dili müəllimi kimi başlayıb, həmçinin Ağdam rayon 93 saylıköçkün tam orta məktəb və Tərtər şəhər Əsəd Məmmədov adına 1 saylıtam orta məktəbdə pedaqoji fəaliyyətlə məşğul olub. O, BeynəlxalqQızıl Xaç Komitəsinin İqtisadi Təhlükəsizlik Proqramında, İndianaUniversitetinin Qlobal köçkünlük kontekstində müəllimləridəstəkləyən layihəsində və müxtəlif illərdə İsveçrə və İordaniyadakeçirilən təlimlərdə iştirak etmişdir. İsmayıl Məmmədov bakalavrtəhsilini Bakı Dövlət Universitetində "Regionşünaslıq" ixtisasıüzrə, magistratura təhsilini isə Azərbaycan Dövlət İqtisadUniversitetində "Biznesin təşkili və idarə edilməsi (Maliyyə)"ixtisası üzrə alıb. Müxtəlif illərdə bir neçə özəl şirkətdə vəMüdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnstitutunun Kadrlarşöbəsinin müdiri vəzifəsində çalışıb. O, son təyinatadək AzərbaycanDövlət İqtisad Universitetində Karyera planlaşdırılması və inkişafıkafedrasında müəllim kimi fəaliyyət göstərib.

Məqalədə:
Seçilən
34
15
az.trend.az

10Mənbələr