AZ

Şimali Makedoniyada özəl və sənaye istehlakçılarına Azərbaycan qazının tədarükünə başlanılıb

Bakı. Trend:

Dekabrın 1-dən Şimali Makedoniyada özəl və sənayeistehlakçılarına Azərbaycan təbii qazının tədarükünəbaşlanılıb.

Bu barədə Trend-ə məlumatlı mənbə bildirib.

“Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), M-Gaz və CNG Systemsşirkətləri arasında səmərəli əməkdaşlıq sayəsində tədarükləritəşkil etmək mümkün oldu”, – mənbə deyib.

Müsahibin sözlərinə görə, söhbət 2024-cü ildən Bolqarıstandahəyata keçirilən virtual qazlaşdırma layihəsinin pilot şəkildəgenişləndirilməsindən gedir.

SOCAR, M-Gaz və CNG Systems-in tərəfdaşlığı ilə həyata keçirilənlayihə boru kəmərinə və ya paylayıcı şəbəkəyə qoşulmamış sənaye vəözəl istehlakçılara sıxılmış təbii qazın (CNG) tədarükü iləbaşlayıb. SOCAR, M-Gaz vasitəsilə CNG Systems şirkəti üçün tələbolunan təbii qaz həcmlərini təmin edir və CNG Systems daha sonraStrumitsa şəhərində sənaye və özəl istehlakçıları bu qazla təminedir. Şəhərdə sıxılmış təbii qazla qidalanan qazpaylayıcı şəbəkəqurulub.

Bu tərəfdaşlıq sayəsində Azərbaycan təbii qazı 6 uşaqbağçasının, 8 məktəbin, 1 xəstəxananın, Strumitsa bələdiyyəsininbir sıra inzibati binalarının, həmçinin 400-dən çox evtəsərrüfatının və bir neçə sənaye istehlakçısının istilikvə isti su təchizatını təmin edir.

Qeyd edək ki, ümumilikdə Azərbaycan qazı alan ölkələrin sayıon dördə çatıb. Azərbaycan təbii qazı AvropayaCənub Qaz Dəhlizinin bir hissəsi olanTransadriatik qaz kəməri vasitəsilə tədarükolunur. Hazırda kəmərin ötürmə qabiliyyəti ildə 10 milyardkubmetrdir və bu göstərici 20 milyardkubmetrə qədər artırıla bilər. 2021-ci il bazar testinəticələrinə əsasən, qaz kəmərinin uzunmüddətli gücü2026-cı ildən etibarən ildə 1,2 milyard kubmetrartırılacaq. Bu həcmindən 1,04 milyard kubmetrİtaliya üçün, 0,16 milyard kubmetr isə Albaniyaüçün bron olunub.

Seçilən
42
2
az.trend.az

3Mənbələr