AZ

Bakıda qadın qonşusunun xəsarətlərinə baxmaq adı ilə qızıl boyunbağını oğurladı - HƏBS

Bakı Apellyasiya Məhkəməsində oğurluqda təqsirləndirilən Salatın Qafarovanın (adı, soyad şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.


İttihama görə, hadisə 14 may 2025-ci il tarixdə, saat 15 radələrində paytaxtı Yasamal rayonu ərazisində yerləşən evlərin birində qeydə alınıb.


Belə ki, Salatın Qafarova qonşusu, zərərçəkmiş Ulduzə Dadaşovanın (adı, soyadı şərtidir) yaşadığı ünvana qonaq qismində gedib.


İstintaq materiallarına əsasən, təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi güdərək, zərərçəkmişin boynunda xəsarətlərə baxmaq bəhanəsindən istifadə edib. O, bu vəziyyətdən yararlanaraq, Ulduzənin boynunda olan 3500 manat dəyərində qızıl boyunbağını çıxarıb və həmin əşyanı gizli şəkildə götürərək hadisə yerindən uzaqlaşıb.


Hadisədən sonra Salatın Qafarova saxlanılıb və o, elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib.


Yasamal Rayon Məhkəməsinin hökmü ilə o, 3 il 5 ay müddətinə azadlıqdan məhrum edilib.
 

Kamal Məmmədov 




Bakıda qadın eks-sevgilisinin arvadını döydü: “Şəkillərimizi “TikTok”da paylaşmışdı”

Sabunçu Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən İlhamə Qasımzadənin (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Samirə Məmmədlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə ona 1000 manat miqdarında cərimə cəzası təyin edilib.

İttihama görə, hadisə 2025-ci il 9 noyabr tarixində, saat 05 radələrində Bakı şəhəri, Sabunçu rayonu ərazisində qeydə alınıb.

Belə ki, İlhamə Qasımzadə mübahisə zamanı zərərçəkmiş Həlimə Səfərovanın (adı, soyadı şərtidir) boğaz nahiyəsindən tutaraq sağ üz nahiyəsinə şillə vurub. Nəticədə zərərçəkmişə sağ göz almasının ağlı qişasına qansızma, sağ gözyuvası ətrafı şişkinlik-qançır, sol bazu qançırı, sağ yanaq və boyun nahiyələrində sıyrıqlar xəsarətləri yetirildiyi müəyyən edilib. Ekspertiza bu xəsarətlərin dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulması ilə nəticələndiyini təsdiqləyib.

Məhkəmə istintaqı zamanı İlhamə Qasımzadə özünü təqsirli bilmədiyini bildirib. O ifadəsində qeyd edib ki, uzun illərdir Sabunçu rayonunun Ramana qəsəbəsində yerləşən kafedə işləyir və 9 ildir Mahal Səfərovla (adı, soyadı şərtidir) ilə qeyri-rəsmi münasibətdə olub, ondan bir övladı var. Onun sözlərinə görə, Mahal həmin dövrdə yenidən Həlimə Səfərova ilə rəsmi nikaha daxil olub və bu nikahdan da iki övladı dünyaya gəlib.

Təqsirləndirilənin ifadəsinə əsasən, hadisədən bir neçə gün əvvəl Həlimə onun və uşaqlarının fotolarını “TikTok” sosial şəbəkəsində paylaşaraq nalayiq ifadələr yazıb. Bu səbəbdən o, Həlimənin yaşadığı ünvana gedib və orada Mahalla birlikdə şəkillərin sosial şəbəkədən silinməsi barədə mübahisə yaranıb.

İlhamə iddia edir ki, həmin vaxt mübahisə zamanı Həlimə onun saçından yapışıb və Mahal onu çölə çıxarıb.

Təqsirləndirilən şəxs zərərçəkmişi vurmadığını, ona qarşı irəli sürülmüş ittihamın əsassız olduğunu vurğulayıb.

O bildirib ki, həmin evdən ayrıldıqdan sonra Mahalın Həlimə ilə mübahisə etdiyini, hətta onun (kişinin) iki gün polis bölməsində saxlanılmasını da bu mübahisə ilə əlaqələndirib.

Təqsirləndirilən şəxs məhkəmədən qeyd olunan hallar nəzərə alınmaqla obyektiv qərar verilməsini xahiş edib.




Tarix: 12 Dekabr 2025, 09:41   
Seçilən
34
1
pravda.az

2Mənbələr