AZ

Azərbaycan və Ermənistan bu ərazidə birgə yoxlama apardı: Məqsəd nədir?

Azərbaycan və Ermənistan Zod qızıl yatağı ərazisində delimitasiya işləri aparıblar.

Publika.az xəbər verir ki, bu barədə "Joqovurd" qəzeti öz məlumatlarına istinadən məlumat yayıb.

Nəşr aydınlıq gətirmək üçün Ermənistan Baş nazirin müavini Mher Qriqoryanla əlaqə saxlayıb və o, Ermənistan və Azərbaycan nümayəndələrinin qaz yatağının yaxınlığındakı sərhəd bölgəsində birgə yoxlama apardığını bildirib.

Qriqoryan Ermənistan və Azərbaycan hərbçilərinin bir neçə gündür xəritələrdən istifadə edərək delimitasiya işləri apardıqları barədə məlumatları isə təkzib edib.

Delimitasiya aparılmazdan əvvəl referendum keçirilməsinin zəruriliyi ilə bağlı suala cavab olaraq Baş nazirin müavini bildirib ki, bu iş Ermənistan qanunvericiliyi, eləcə də parlament tərəfindən təsdiq edilmiş Ermənistan və Azərbaycanın delimitasiya komissiyalarının birgə fəaliyyəti haqqında əsasnamə ilə tənzimlənir.

Seçilən
50
publika.az

1Mənbələr