AZ

Donald Tramp: "ABŞ İrana yenidən zərbələr endirə bilər"

"Tehran raket proqramını davam etdirəcəyi təqdirdə ABŞ İrana yenidən zərbələr endirə bilər".

Xezerxeber.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərlə görüşündə bildirib.

O deyib ki, ABŞ ordusu İranın Fordo, Natanz və İsfahandakı nüvə obyektlərinə zərbələr endirməsəydi, Yaxın Şərqdə indiki vəziyyətə nail olunmayacaqdı.

Trampın sözlərinə görə, İran nüvə proqramını bərpa etməsi uzun müddət çəkəcək: "Amma bizimlə razılaşma olmadan bunu etməyə cəhd olunsa, həmin obyektləri məhv edəcəyik. İranın raketlərini də qısa müddət ərzində məhv edə bilərik".

Bir müddət əvvəl İranın xarici işlər naziri Abbas Əraqçı Tehranın uranı dinc məqsədlər üçün zənginləşdirməsini davam etdirəcəyini, raket proqramının gələcəyinin isə müzakirə mövzusu olmadığını açıqlamışdı.

Seçilən
33
xezerxeber.az

1Mənbələr