AZ

Tramp: “Yalnz Zelesnki sazişin əleyhinədir”

AzVision.az “Bloomberg” agentliyinə istinadən bildirir ki, belə bəyanat verən Amerika lideri Donald Tramp, eyni zamanda, danışıqların sürətindən məyus olduğunu bildirib.

“Hesab edirdim ki, Rusiya ilə razılaşmaya çox yaxınıq. Ukrayna ilə razılaşmaya çox yaxın olduğumuzu düşünürdüm. Əsasən, prezident Zelenskinin özü istisna olmaqla, onun xalqı saziş layihəsini bəyənir”, - ABŞ prezidenti Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.

Tramp:“Zelenski məni bir az məyus edib”
Donald Tramp bu bəyanatı Ağ Evin mətbuat katibi Kerolayn Levittin prezidentin“bu müharibənin hər iki tərəfindən son dərəcə məyus olduğunu”“yalnız görüşlər xatirinə görüşlərdən yorulduğunu”açıqlamasından sonra səsləndirib.

ABŞ prezidentinin sözlərinə görə, Vaşinqtonun planı“dörd və ya beş bənddən”ibarətdir. O, sənəddə ərazi bölgüsü nəzərdə tutulduğundan danışıqlar prosesinin mürəkkəb olduğunu etiraf edib. Donald Tramp həmçinin diplomatik səyləri biznes təcrübəsi ilə müqayisə edərək, Ukraynada müharibəyə son qoymağın daşınmaz əmlak müqaviləsini bağlamaqdan“min dəfə çətin”olduğunu vurğulayıb.

Xatırladaq ki, Amerika lideri bundan əvvəlRusiyanın “sülh planı” ilə razılaşdığını, Ukrayna prezidenti Volodimir Zelenskinin isə onu hələ oxumadığını iddia etmişdi.

Sahil İsgəndərov
AzVision.az
Seçilən
34
1
azvision.az

2Mənbələr