AZ

Bir qolla A Seriyasının "ən yaxşısı" seçildi

“Kremoneze”nin hücumçusu Ceymi Vardi İtaliya A Seriyasında noyabr ayının ən yaxşı futbolçusu seçilib.

Fanat.Az xəbər verir ki, bu barədə A Seriyasının rəsmi saytı məlumat yayıb.

38 yaşlı ingilis forvard azarkeşlər arasında keçirilmiş səsvermədə Mayk Menyan ("Milan"), Lautaro Martines ("İnter"), David Neres ("Napoli"), Leo Estiqor ("Cenoa") və Nikolo Zanilo ("Udineze") kimi oyunçuları qabaqlayıb.

Maraqlıdır ki, Vardi ötən ay komandasının heyətində A Seriyasında çıxdığı 3 matçda cəmi 1 qol vurub. “Kremoneze” isə noyabrda keçirdiyi hər 3 oyundan məğlubiyyətlə ayrılıb.

Ümumilikdə, Ceymi 2025-ci ilin yayında qoşulduğu İtaliya klubunda bu mövsüm 10 oyunda 4 qol vurub.
 

Seçilən
31
2
fanat.az

3Mənbələr