AZ

Yumurtanın inanılmaz faydaları - Alimlərdən yeni araşdırma

Deakin Universitetinin alimlərinin apardığı araşdırma sübut edib ki, adi toyuq yumurtası yuxu ritminin stabilləşməsinə və metabolik sağlamlığın yaxşılaşmasına ciddi şəkildə kömək edir.

"Ölkə.az" xəbər verir ki, xüsusilə də bu təsir menopauza dövründə olan qadınlarda daha aydın müşahidə olunur.

Tədqiqatçılar bildirirlər ki, yumurta insan orqanizmi üçün vacib olan yüksək keyfiyyətli zülak, xolin, triptofan, D vitamini, melatonin və antioksidantlarla zəngindir.

Mütəxəssislərin sözlərinə görə, triptofan serotonin və melatoninin əsas xammalıdır.

Bu iki maddə insanın yuxu-oyanıqlıq dövrünü tənzimləyir.

Gec saatlarda qəbul edilən yumurta bədəndə amin turşularının səviyyəsini artırır, həmçinin melatoninəbənzər birləşmələrin formalaşmasına şərait yaradır ki, bu da gecə özünü daha rahat hiss etməyə imkan verir.

Alimlər vurğulayırlar ki, sadə bir qida olan yumurta müntəzəm şəkildə rasiona daxil edildikdə həm yuxunun keyfiyyətinə, həm də ümumi metabolik vəziyyətə müsbət təsir göstərir.(musavat.com)

Seçilən
24
1
olke.az

2Mənbələr