AZ

Tramp: “Əgər İran həqiqətən zərərsizləşdirilməsəydi, regionda sövdələşmələr mümkün olmazdı”

ABŞ prezidenti Donald Tramp Qəzzada “daimi pozulan” atəşkəs rejimini İranın nüvə obyektlərinə endirilən zərbələrlə əlaqələndirib. O, həmçinin İranla hücumdan əvvəl razılaşmağa “ağıllı şəkildə” yaxın olduqlarını bildirib.

Editor.az xarici mediaya istinadən bu barədə xəbər verir. Tramp iddia edib: Qəzzada atəşkəs yalnız İranın nüvə potensialı aradan qaldırıldıqdan sonra mümkün olub. O, bu prosesdə Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Qətər kimi ölkələrin xüsusi rol oynadığını vurğulayıb. Tramp çıxışında belə deyib:

“Biz Qəzza ilə bağlı çox intensiv işləyirik. Hazırda Yaxın Şərqdə əsl sülh hökm sürür. 59 ölkə bunu dəstəkləyir. Belə bir şey əvvəllər heç vaxt baş verməmişdi. Sülhü mümkün edən o idi ki, hamı İrandan qorxurdu, indi isə qorxmurlar. Əgər İran həqiqətən zərərsizləşdirilməsəydi, region ölkələrinin razılığa gəlməsi mümkün olmazdı”.

Tramp əlavə edib ki, hücumdan əvvəl İranla razılaşmaya “çox ağıllı şəkildə” yaxın olmuşdular:

“Əgər onlar o zaman razılaşsaydılar, indi daha yaxşı vəziyyətdə olardılar. Çox böyük sövdələşmələr əldə edə bilərdilər, lakin bu fürsəti əldən verdilər. Əminəm ki, geri qayıtmağa çalışacaqlar. Onlar çox bacarıqlı insanlardır. Bəlkə raket proqramlarını kifayət qədər tez bərpa edərlər, lakin ümumi geri dönüşləri uzun vaxt aparacaq”.

Tramp həmçinin bildirib ki, İran razılığa gəlmədiyi təqdirdə ölkənin nüvə proqramını yenidən məhv edəcəklər. O, ABŞ-ın İran məsələsində İsrailə böyük dəstək verdiyini və bu yardımın davam edəcəyini də vurğulayıb.

// Gülnarə Abasova, Editor.az

Seçilən
19
editor.az

1Mənbələr