AZ

Yaponiya sakinlərinə sunami təhlükəsi ilə bağlı xəbərdarlıq edilib

Yaponiya Milli Meteorologiya İdarəsinin məlumatına görə, Aomori prefekturasının şimal-şərq sahillərində 6,7 bal gücündə zəlzələ qeydə alınıb. Təkanlar hündürlüyü 1 metrə çata biləcək sunami riski yaratdığı üçün bölgə sakinlərinə xəbərdarlıq edilib.

Editor.az xarici mediaya istinadən bildirir ki, zəlzələnin ocağı 20 kilometr dərinlikdə yerləşib. Sunami xəbərdarlığı həmçinin Miyagi, İvate və Hokkaydo prefekturalarının sahilyanı ərazilərində də qüvvədədir.

Hazırda tələfat və dağıntılar barədə məlumat yoxdur.

Xatırladaq ki, dekabrın 10-da Yaponiyanın Honsyu adasında 6,5 bal gücündə zəlzələ baş verib. Həmin zəlzələnin episentri təxminən 220 min əhalisi olan Hachinohe şəhərindən 102 kilometr şimal-şərqdə, ocağı isə 34 kilometr dərinlikdə yerləşib.

//Gülnarə Abasova, Editor.az

Seçilən
34
editor.az

1Mənbələr