AZ

''Qalatasaray'' TFF-yə etiraz əlaməti olaraq meydana bu rəng forma ilə çıxacaq

Bu aralar ''Qalatasaray''ın Türkiyə Futbol Federasiyası ilə münasibətləri qaydasında deyil.

"Football-plus.az" xatırladır ki, Federasiyanın tədbirlərini və son olaraq ölkə kubokunun püşkatmasını boykot edən ''Cim-Bom'' ''Fənərbaxça'' ilə son derbidə yaşananlardan və hakimlikdən bir xeyli şikayətlənmişdi.

DÇ-2026-nın püşkatması ilə bağlı Amerikada səyahətdə olan Türkiyə Futbol Federasiyasının prezidenti İbrahim Hacıosmanoğlu isə vətənə qayıdan kimi çərşənbə axşamı mətbuat konfransı keçirdi. O, ''Qalatasaray'' prezidenti Dursun Özbək ilə dialoqu barədə danışarkən ''bəziləri bizim yanımızda quzu kimi danışır, amma kameraları görən kimi isə aslana çevrilirlər'' ifadəsini işlətdi. Bundan başqa Hacıosmanoğlu derbidə ''Qalatasaray''dan çox ''Fənərbaxça''nın hakimlikdən şikayətlənməyə haqqının olduğunu əlavə etdi.

''Qalatasaray''ın ''Monako'' ilə qarşılaşdığı gün deyilən bu sözlər camiədə çox sərt qarşılandı. Bu üzdən ''sarı-qırmızılar'' yeni və maraqlı bir etiraz aksiyasına hazırlaşır.

Türkiyə mətbuatının yazdığına inansaq, son çempion həftəsonu ''Antalyaspor''la səfər oyununa qara formada çıxmaq barədə qərar qəbul edib! Rəhbərlik bu barədə artıq sponsorlara məlumat verib. Qalır yalnız federasiyadan razılıq almaq. Komanda meydana qara forma ilə çıxsa da, formanın üzərində sponsorların adları qeyd olunacaq.

Seçilən
23
1
football-plus.az

2Mənbələr