Bakı. Trend:
Sərəncamlarında olan avtonəqliyyat vasitələri ilə işçilərinin vəya yüklərinin daşınması məqsədilə öz hesabına daşımaları yerinəyetirən hüquqi şəxslər və fərdi sahibkarlar sürücülərininreysqabağı və digər zəruri tibbi müayinəsinin təşkil edilməməsinəgörə məsuliyyət daşımırlar.
Trend-inməlumatına görə, bu hüquqi mövqe Konstitusiya Məhkəməsinin 24noyabr 2025-ci il tarixli Qərarında öz əksini tapıb.
Qərarda bildirilib ki, “Avtomobil nəqliyyatı haqqında” Qanunaəsasən, avtomobil nəqliyyatı ilə sərnişin və yük daşmalarını yerinəyetirən daşıyıcılar sərəncamlarında olan avtonəqliyyatvasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması,sürücülərinin reysqabağı tibbi müayinəsini müvafiq icra hakimiyyətiorqanı tərəfindən müəyyən edilmiş qaydada təşkil etməlidirlər.
Qanunda həmçinin aşağıdakı anlayışlar da müəyyənləşdirilib:
- avtomobil nəqliyyatı ilə kommersiya məqsədlidaşımalar – sərnişin və ya yük daşınması müqaviləsi yaxuddigər qanuni əsaslarla, daşınma haqqı ödənilməklə yerinə yetiriləndaşımalar;
- avtomobil nəqliyyatı ilə təsərrüfat ehtiyacları üçündaşımalar – hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindənsərəncamlarında olan avtonəqliyyat vasitələri ilə işçilərinin və yayüklərinin daşınması məqsədilə və öz hesabına yerinə yetiriləndaşımalar;
- daşıyıcı – daşınma müqaviləsi və ya digərqanuni əsaslarla haqq müqabilində sərnişin və yük daşımalarınıyerinə yetirən, mülkiyyət, icarə və ya istifadə hüququ ilənəqliyyat vasitələrinə malik olan hüquqi şəxs və ya fərdisahibkar.
Göründüyü kimi, qanunverici daşımanın bu iki növünün (kommersiyaməqsədli və təsərrüfat ehtiyacları üçün daşımalar) bir-birindənfərqləndirilməsini zəruri hesab edib, daşıyıcıya isə məhz haqqmüqabilində daşımanı yerinə yetirən subyekt kimi anlayış verib.
Qərarda o da göstərilib ki, “Avtomobil nəqliyyatı haqqında”Qanuna əsaslanaraq Nazirlər Kabineti tərəfindən təsdiq edilənQaydalarda da bu Qaydanın müddəalarının məhz avtomobil nəqliyyatıilə kommersiya məqsədli daşımalara şamil olunduğu təsbitedilib.
Konstitusiya Məhkəməsi məhz göstərilən qanunvericiliknormalarının təhlilinə əsaslanaraq qərar verib ki, sərəncamlarındaolan avtonəqliyyat vasitələri ilə işçilərinin və ya yüklərinindaşınması məqsədilə öz hesabına daşımaları yerinə yetirən hüquqişəxslər və fərdi sahibkarlar avtonəqliyyat vasitələrinin texnikivəziyyətinin reysqabağı yoxlanılması, həmin avtonəqliyyatvasitələrinin sürücülərinin reysqabağı və digər zəruri tibbimüayinəsinin təşkil edilməməsinə görə məsuliyyətdaşımırlar.
Qərarda o da göstərilib ki, gələcəkdə “Avtomobil nəqliyyatıhaqqında” Qanunla onun məqsəd və funksiyalarından irəli gəldiyi vəbuna zərurət olduğu təqdirdə, müəyyən qayda və tələblərin şəxsiehtiyaclar üçün yük və ya sərnişin daşımalarını həyata keçirənsahibkarlıq subyektlərinə tətbiq olunması da nəzərdə tutula bilər.Bu isə yalnız qanunvericiliyə bununla bağlı dəyişikliklərinedilməsi vasitəsilə mümkündür.
Məlumat üçün bildirək ki, qərar noyabrın 24-də qəbul edilib,noyabrın 28-də qüvvəyə minib, dekabrın 1-də Hüquqi Aktların DövlətReyestrinə daxil edilib.