AZ

Paraşütçü təyyarənin qanadına ilişdi –4 min metr yüksəklikdə sallanıb qaldı/VİDEO

Avstraliyada güclü külək paraşütdən tullanan şəxsi az qala həyatdan məhrum edəcəkdi. 

AzPost bildirir ki, paraşütçü təyyarədən atıldıqdan sonra güclü külək onu çətin vəziyyətə salıb.

Belə ki, onun ehtiyat paraşütü vaxtından əvvəl açılıb və idmançı təyyarənin arxa qanadına ilişib. O, təxminən 4500 metr hündürlükdə bir müddət havada asılı qalıb, tamamilə nəzarətdən çıxıb.

Özünü itirmyən idmançı ipləri kəsərək özünü azad etməyi bacarıb və sonra əsas paraşütü işə salıb.

Paraşütçü sağ-salamat yerə enib.

 

 

AzPost.az

Seçilən
9
azpost.info

1Mənbələr