futbolpress-az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Avrokuboklarda həftə başa çatıb.
Futbolpress.az xəbər verir ki, Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqası matçlarından sonra Azərbaycanın UEFA reytinqindəki mövqeyi dəyişməyib.
“Qarabağ” Çempionlar Liqasında “Ayaks”a uduzub və xal qazandırmayıb. Azərbaycan 22.250 xalla 26-cı sırada qərarlaşıb.
27-ci pillədəki Sloveniya da yerində qalıb. Ölkənin avrokuboklardakı yeganə təmsilçisi “Çelye” Konfrans Liqasında “Riyeka”ya uduzub. Sloveniyanın aktivində 22.219 xal var.
25-ci sıradakı Ukrayna isə xal ehtiyatını artırıb. “Şaxtyor” Konfrans Liqasında Maltada “Hamrun”u məğlub etməklə (2:0) ölkəsinə 0.500 xal qazandırıb. Ukrayna 22.850 xalla 25-ci pillədədir.
Reytinqə 103.339 xalla İngiltərə başçılıq edir.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.