
Yaponiyanın şimal-şərqində, Aomori prefekturası sahillərində 6,7 maqnitudalı zəlzələ qeydə alınıb.
Milli Meteorologiya Agentliyinin məlumatına görə, 1 metr hündürlüyündə tsunami təhlükəsi mövcuddur.
Zəlzələnin ocağı 20 km dərinlikdə yerləşib. Tsunami xəbərdarlığı Miyagi, İvatə, Aomori və Hokkaydounun cənub-şərq sahillərini əhatə edir.
Xatırladaq ki, 8 dekabrda həmin bölgədə 7,5 maqnitudalı zəlzələ baş verib, ardınca isə sahilə 70 sm-lik tsunami çırpılıb.