Ailəsi ilə yaşadığı problemlərlə bağlı tez-tez gündəmə gələn məşhur müğənni və aktyor Özcan Dəniz bu dəfə var-dövləti ilə diqqət mərkəzinə düşüb.
Bu fakt sosial şəbəkə fenomeninin kompleksdəki mənzillərdən birini kirayə götürmək istəyərkən paylaşdığı videodan sonra üzə çıxıb.
Fenomenin göstərdiyi mənzil tam 500 kvadratmetr sahəyə malikdir. Geniş otaqlar, hər otaqda ayrıca vanna otağı və nəhəng hovuz görüntüləri izləyənləri təəccübləndirib.
“Özcan Dəniz bu evdə yaşayırdı, sonra aşağıdakı digər mənzilə köçdü. Bütün kompleksi alıb. Burada 20-yə yaxın mülkü var”, - əmlakçı bildirib.
İddialara görə, sosial şəbəkə fenomeni Özlem Öz də eyni komplekstdəki mənzillərdən birini aylıq 300 min TL icarə haqqı ilə kirayə götürüb.
Beləliklə, ailə qalmaqalları ilə gündəmdən düşməyən Özcan Dəniz bu dəfə də sahib olduğu daşınmaz əmlakın miqyası ilə müzakirə mövzusu olub.