İstanbulun Sarıyer rayonunda semt bazarında 9 yaşlı uşağın satıcı tərəfindən iplə bağlanması ölkə gündəminə çevrilib.
Bu zaman satıcı Ahmet Saydan uşağı yaxalayaraq iplə bağlayıb. Onun iddiasına görə, uşağı sorğu-sual edərək idman şalvarının yerini öyrənib və malı geri aldıqdan sonra azyaşlını buraxıb.
Hadisə anı telefon kamerasına da yansıyıb. Görüntülərdə uşağın qollarının və ayaqlarının bağlanaraq çuvalın üzərinə oturdulduğu görünür. Uşağın satıcının sözlərinə etiraz edərək “Yalançılar” deməsi də videoya düşüb.
Ahmet Saydan açıqlamasında “Qaçmasın deyə əlini-qolunu bağladıq. Polis çağırdıq, idman şalvarını qaytardı, biz də göndərdik getdi” deyib.
Araşdırma aparan Sarıyer Asayiş Büro əməkdaşları uşağı bağlayan şəxsləri saxlayıblar.