AZ

Keçmiş amerikalı konqresmen: Con Kerri adlı senatorun iştirakı ilə Azərbaycan 907-ci düzəlişlə dəstək aktından xaric edilib

Vaşinqton, 12 dekabr, AZƏRTAC

“O vaxt Konqresdə qəbul edilən Azadlığa Dəstək Aktı Amerikanın regiondakı bütün ölkələrə maliyyə töhfəsi idi. Lakin Massaçusetsdən olan Con Kerri adlı senatorun iştirakı ilə 907-ci düzəlişdə Azərbaycan bu aktdan xaric edildi. O, konfrans komitəsində düzəlişi gizlicə keçirmişdi”.

AZƏRTAC-ın məlumatına görə, bu sözləri keçmiş amerikalı konqresmen Qreq Laflin Azərbaycanın ABŞ-dakı Səfirliyində keçirilən tədbir zamanı çıxışında deyib. O, akta dəstək verdiyini də vurğulayıb. “Mən Texasın neftlə zəngin olan hissəsindənəm. Bir gün bir neçə texaslı neftçi gəlib Konqresin Azadlığa Dəstək Aktını qəbul etdiyini dedi. Mən də lehinə səs verdiyimi dedim. Mənə orada 907 nömrəli düzəlişlə Azərbaycana qarşı ayrı-seçkilik edildiyini bildirdilər”,- deyə keçmiş konqresmen əlavə edib.

O, bildirib ki, dəstək aktında nəzərdə tutulan maliyyənin Azərbaycana getməsinin qarşı alınıb. Bütün şirkətlər Dövlət Departamentinə gedərək, Konqresin bu addımına görə heç nə edə bilmədiklərini bildiriblər.

“Mən elə ilk günlərdə Azərbaycana getdim. Sovet İttifaqı dağılandan sonra mən ora gedən ilk Amerika konqresmeni idim və orada Azərbaycanın nə qədər əhəmiyyətli olduğunu gördüm”,- deyə konqresmen əlavə edib.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Seçilən
66
2
azertag.az

3Mənbələr