AZ

Maduro Putini “böyük qardaş” adlandırıb və Rusiyanın dəstəyini yüksək qiymətləndirib

Venesuela lideri Moskvanın suverenlik və regional sabitlik üzrə mövqeyini xüsusi vurğulayıb...

Poliqon xəbər verir ki, Venesuela prezidenti Nikolas Maduro Rusiya prezidenti Vladimir Putinlə uzunmüddətli telefon danışıqlarını “yüksək dəyərləndirərək” onu “böyük qardaş” adlandırıb. Maduro bildirib ki, Putin Venesuela xalqının mübarizliyinə heyranlığını ifadə edib və Karakasın suverenliyinin qorunması istiqamətində atılan addımlara qətiyyətli dəstək verib.

TASS-ın məlumatına görə, Maduro və Putin 11 dekabrda baş tutan telefon söhbətində noyabr ayında qüvvəyə minmiş strateji tərəfdaşlıq və əməkdaşlıq sazişi fonunda ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsini müzakirə ediblər. Saziş enerji, müdafiə, texnologiya və iqtisadi inteqrasiya sahələrində tərəfdaşlığın daha da dərinləşdirilməsini nəzərdə tutur.

Son aylarda Karib hövzəsində vəziyyət ciddi şəkildə gərginləşib. ABŞ hakimiyyəti narkotik qaçaqmalçılığı ilə mübarizə adı altında Venesuelaya məxsus dəniz gəmilərinə zərbələr endirir. Noyabrın ortalarınadək regiondakı ABŞ hərbi kontingentinin sayı 15 minə çatıb. Karakas isə narkotrafikə hər hansı aidiyyəti olduğunu qəti şəkildə təkzib edir və bunu Vaşinqtonun siyasi təzyiq aləti kimi qiymətləndirir.

Poliqon.info

Seçilən
98
poliqon.info

1Mənbələr