ain.az, Lent az portalına istinadən məlumat verir.
Argentina millisinin və "İnter Mayami"nin hücumçusu Lionel Messi dekabrın 13-də Kəlküttəyə (Hindistan) səfər edəcək və orada öz heykəlinin açılışında iştirak edəcək.
Lent.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Abidə 21 metr hündürlüyündədir. Heykəldə Messi Argentina millisi ilə 2022-ci ildə qazandığı Dünya Kubokunu əlində tutarkən təsvir edilib.
Heykəl 45 gün ərzində 27 nəfərin iştirakı ilə hazırlanıb.
Məlumata görə, Messinin komanda yoldaşları - uruqvaylı Luis Suares və argentinalı Rodriqo De Paul da açılış mərasimində iştirak edəcəklər.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.