Bu gün kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 6-cı turun daha bir oyunu keçirilib.
Fanat.Az xəbər verir ki, "Ordu" lider "Neftçi"ni qəbul edib.
Qarşılaşma "hərbçilər"in qələbəsi ilə yekunlaşıb.
Turun Fövqəladə Hallar Nazirliyinin idman zalında dünən baş tutan ilk matçında "Murov Az Terminal"la qarşılaşan "Azərreyl" 3:2 hesablı qələbəyə sevinib.
Yüksək Liqa
6-cı tur
11 dekabr
"Ordu" - "Neftçi" 3:1
Fövqəladə Hallar Nazirliyinin idman zalı
Qeyd edək ki, 6-cı tura dekabrın 13-də yekun vurulacaq.
Kamil Xudiyev