GlobalInfo saytına istinadən ain.az xəbər verir.
Türkiyə Böyük Millət Məclisi (TBMM) ilə bağlı iddialar ölkədə ciddi rezonans doğurub.
Globalinfo.az xəbər verir ki, parlamentdə təcrübə keçən 16 yaşlıq gənc qızların TBMM-in yeməkxanasında və digər bölmələrdə işləyən şəxslərin cinsi qısnaması, həmçinin istismarına məruz qaldığı bildirilir.
İddialar görə, bir neçə gün öncə təcrübəçi olan gənc qızlardan biri işçilərin ona və digər qızlara qarşı etdiyi hərəkətlərdən şikayətçi olub. Gənc qız ona göndərilən cinsi qısnama xarakterli mesajları hüquq mühafizə orqanlarına təqdim edib. Nəticədə iddiaların təsdiqləndiyi, hətta uzun illərdir təhsil müəssisəsindən müvəqqəti təcrübə keçmək üçün TBMM-ya aparılan bir çox gənc qızın da eyni vəziyyətlə üzləşdiyi bildirilir.
Belə ki, yeməkxanada təcrübə keçən yeniyetmə qızlar yaşı 30 və daha çox olan işçi heyəti, aşpazların təzyiqinə məruz qaldıqlarını bildiriblər. Mətbəxdə sıxışdırıldıqları və cinsi qısnama, o cümlədən istismara məruz qaldıqlarını, lakin bu barədə heç kimə danışmamaqla bağlı təhdid edildiklərini deyiblər. Məlumata əsasən, yaşı kifayət qədər çox və evli olduğu bildirilən şəxslər qızlara “balaca sevgilim” deyə müraciət edib və mesajlar göndəriblər. Qızlardan birinin yenicə bu hadisələrlə üzləşərək şikayətçi olmasından sonra eyni vəziyyətlə üzləşən başqa yeniyetmələr də başlarına gələnləri etiraf etməyə başlayıblar. İlk səsini çıxaran gənc bu barədə valideynlərinə məlumat verib. Daha sonra məsələ məktəbə çatdırılıb və müəllimlərdən biri dərhal polisə müraciət edib. Onlardan biri 2024-cü ildə özünün də 16 yaşı olduğu zaman TBMM-da eyni hadisələri yaşadığını söyləyib və polisə ifadə verib.
Hazırda istintaqın davam etdiyi, şikayətlərin araşdırıldığı bildirilir.
Əliyar Xəlil
Globalinfo.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.