AZ

İranda altı ölkənin nümayəndələri Əfqanıstanla bağlı vəziyyəti müzakirə edəcək

Gələn həftə İranda Rusiya, Çin və Pakistan da daxil olmaqla altı ölkənin nümayəndələrinin iştirakı ilə Əfqanıstandakı vəziyyətin müzakirə olunacağı görüş keçiriləcək.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmail Bəqai məlumat yayıb.

Bəqainin sözlərinə görə, İran region ölkələrinin təhlükəsizliyi və sabitliyinə xüsusi önəm verir və bu çərçivədə regional gərginliyin azaldılması, qarşılıqlı anlaşmanın gücləndirilməsi üçün bütün səyləri göstərəcək.

Görüşün gələn həftə Tehranda keçiriləcəyi və Pakistan, Tacikistan, Özbəkistan, Türkmənistan, Çin və Rusiyanın Əfqanıstan üzrə xüsusi nümayəndələrinin iştirak edəcəyi bildirilib.

Seçilən
43
1
apa.az

2Mənbələr