AZ

Rza Zərrabın bacısının ərinin “BAKU ELECTRONICS”i daha bir müştəriyə PROBLEM YARATDI

Gül Heybətova sosial media üzərindən Baku Electronics mağazasında yaşadığı təcrübəni paylaşıb. O bildirir ki, 2 həftə əvvəl Koroğlu (Bravo 3) filialından noutbuk alarkən ona 3 gün ərzində proqram təminatının yazılacağı və məhsulu götürə biləcəyi vəd edilmişdi. Lakin mağazaya getdiyində “Sizin məhsul vitrin məhsuludur, buna baxmayaraq razısınızmı?” sualı ilə qarşılaşıb və razılaşmayıb.

NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, daha sonra əlavə ödənişlə başqa model seçən müştəriyə yenə 4–5 gün ərzində proqram təminatının hazır olacağı və zəng ediləcəyi bildirilib. Lakin həftə sonra mağazaya getdiyində məhsulun hazır olduğu, lakin İnşaatçılar filialından maşının hələ gəlmədiyi deyilib. Müştəri bu gecikmənin qəbulolunmaz olduğunu, Baku Electronics-in iş prinsiplərinin operativ olmadığını və bundan sonra mağazadan alış etməyəcəyini bildirib.

Gül Heybətova qeyd edir ki, əgər o bir ay ərzində məhsulu götürməyə gəlməsəydi, mağaza onun vəziyyətinə diqqət etməzdi. Bu təcrübə müştərinin Baku Electronics ilə ilk və son alışını yaşamasına səbəb olub.

32gun.az xatırladır ki, SAEID NAKHJAVANI uzun müddətdir “Baku Electronics” mağazalar şəbəkəsində direktor vəzifəsində çalışır, qanuni təmsilçisidir.

Onu da bildirək ki, “Baku Electronics” MMC-nin sahibi 1988-ci ildən Türkiyədə fəaliyyət göstərən “NAB Holdinq” şirkətidir.

(Aşağıdakı Fotoda olan şəxs Behram Eromidir)

NAB

Yerli mediada gedən məlumatlara görə“NAB Holdinq” şirkəti 1994-cü ildən Azərbaycanda geniş biznes şəbəkəsinə malikdir. “Bank of Baku”, “Baku Electronics”, “Qafqaz Lizinq”, “Auto Azərbaycan” kimi şirkətlərin əsas sahibi “NAB Holdinq” şirkətidir. “NAB Holdinq” şirkətinin fəaliyyəti Azərbaycan mətbuatında tez-tez gündəmə gətirilir. Bu şirkətin fəaliyyətində şübhəli məqamların olduğundan bəhs olunur. Eromi ailəsinin – Nadir, Şahram, Behram (Rza Zərrabın bacısının əri), Amid (Rza Zərrabın bacısının oğlu), o cümlədən də əmlakı müsadirə olunan Omid Erominin (Behram Erominin qardaşı oğlu) adı yuxarıda adları qeyd olunan şirkətlərin rəsmi sənədlərində də yer almaqdadır. “NAB Holdinq” şirkəti Türkiyədə rəsmi qeydiyyatdadır və baş ofisi İstanbulu Sarıyer məhəlləsindəki Heydər Əliyev küçəsində yerləşir.

Hazırda 35%-lik pay ilə “Bank of Baku”nun ən böyük səhmdarı “NAB Holdinq”dir.

Qeyd edək ki, Türkiyə mətbuatında “NAB Holdinq”in İdarə Heyətinin sədri Behram Erominin İran əsilli məşhur iş adamı Rza Zərrabın bacısının həyat yoldaşı olduğu yazılıb və bu məlumat bu günə kimi təkzib olunmayıb.

Seçilən
41
nocomment.az

1Mənbələr