ain.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.
Slovakiyanın baş naziri Robert Fiko Avropa İttifaqının (Aİ) öz köklərini və ənənələrini rədd etməsi halında məhv olma ilə üz-üzə qala biləcəyini bildirib.
Globalinfo.az xəbər verir ki, o bu barədə parlamentdə çıxışı zamanı danışıb.
Fiko ABŞ-ın yeni milli təhlükəsizlik strategiyasını şərh edərək vurğulayıb ki, bu sənəd Aİ-nin əsas dəyərlərindən imtina etməsinin mümkün nəticələrini açıq şəkildə göstərir.
Baş nazir qeyd edib ki, Aİ öz ənənələrini, tarixi və əsas prinsiplərini qorumazsa, uzunmüddətli perspektivdə mövcudluğunu itirmək riski ilə üzləşəcək.
O, həmçinin ABŞ-ın bu məsələyə münasibətini dəstəklədiyini bildirərək, Avropa İttifaqının öz siyasətini nəzərdən keçirməsinin vacibliyini vurğulayıb.
Tahir Turan
Globalinfo.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.