AZ

Pit Heqset ilk dəfə Ukrayna ilə danışıqlarda: Təhlükəsizlik zəmanətləri müzakirə olundu

Ukrayna və Amerika yüksək səviyyəli rəsmiləri təhlükəsizlik zəmanətləri ilə bağlı sənədi onlayn müzakirə ediblər.

"Ölkə.az" xəbər verir ki, məlumatı Ukrayna prezidenti Vladimir Zelenski Telegram kanalında aşıqlayıb. Onun sözlərinə görə, bu zəmanətlər barədə konkret bir anlaşma tezliklə gözlənilir.

Danışıqlarda ABŞ-ı Dövlət katibi Marko Rubio, Pentaqonun rəhbəri Pit Heqset, ABŞ Prezidentinin xüsusi elçisi Stiv Vitkoff, Amerika liderinin kürəkəni Cared Kuşner və amerikalı generallar təmsil ediblər. NATO-nun baş katibi Mark Rutte də dialoqda iştirak edib: "Amerika tərəfinin müxtəlif səviyyələrdə - təkcə müharibəyə son qoymaq üçün deyil, həm də Ukraynanın təhlükəsizliyini təmin etmək və yeni Rusiya işğalının qarşısını almaq üçün fəal işini yüksək qiymətləndiririk. Bu, Amerikanın ciddiliyini və nəticələrə sadiqliyini nümayiş etdirir".

Zelenski təhlükəsizlik zəmanətlərinin bütün gələcək addımlar üçün ən vacib amillərdən biri olduğunu vurğulayıb. Ukrayna artıq Budapeşt Memorandumunun mənfi təcrübəsini yaşayıb və hər kəs Rusiyanın öz öhdəliklərini pozduğunu xatırlayır: "Buna görə də təhlükəsizlik zəmanətləri ilə bağlı bu sənəddə ukraynalıları ən çox narahat edən şeylərə konkret cavabların olması vacibdir: Rusiya təcavüzünü yenidən başlatmaq qərarına gələrsə, tərəfdaşlarımızın nə edəcəyi".

Danışıqlar zamanı tərəflər yaxın gələcəkdə Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı konkret bir anlaşmanın olmasını təmin etmək üçün fəal şəkildə işləmək barədə razılığa gəliblər.(Musavat.com)

Seçilən
42
1
olke.az

2Mənbələr