AZ

Avroviziya qalibi İsraillə bağlı qərara görə mükafatından imtina etdi

BAKI, 12 dekabr. TELEQRAF

“Eurovision-2024”ün qalibi İsveçrli Nemo 2026-cı il yarışına İsrailin buraxılması ilə bağlı etiraz olaraq öz qalibiyyət kubokundan imtina edib.

Teleqraf xəbər verir ki, o, bu barədə öz sosial şəbəkələrində məlumat yayıb.

İfaçı bunun Avropa Yayım İttifaqının qərarları ilə müsabiqənin elan etdiyi vahidlik, inklüzivlik və hər kəs üçün ləyaqət prinsipləri arasında ziddiyyət yaratdığını bildirib.

Nemo sosial şəbəkədə yazıb ki, yarış ictimaiyyəti üçün minnətdar olsa da, artıq həmin mükafatın onun rəfində dayanmasının doğru olmadığını düşünür.

Qeyd edək ki, Avropa Yayım İttifaqı İsraili yarışdan kənarlaşdırmaqdan imtina edib. Bu qərar fonunda bəzi ölkələrin teleşirkətləri Niderlandın NOS-u, İrlandiyanın RTE-si və İspaniyanın RTVE-si “Eurovision-2026”ın yayımlanmasından imtina etdiklərini açıqlayıblar. Sloveniya müsabiqəni boykot etdiyini təsdiqləyib. Belçika və Portuqaliya isə yarışa nümayəndə göndərib-göndərməmək məsələsini müzakirə edir. İslandiya da 2026-cı il üçün iştirakdan imtina edib.

Seçilən
67
teleqraf.com

1Mənbələr