AZ

Ələkbərovun şirkətini görün hansı ölkə almaq istəyir

ain.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Amerika bankı “Xtellus Partners Lukoil”in beynəlxalq aktivlərini almaqda əsas namizədlərdən biri kimi qiymətləndirilir.

Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.

Məlumata əsasən, sövdələşmə nağdsız şəkildə həyata keçirilə bilər. “Xtellus” alqı-satqını ABŞ investorlarına məxsus şirkətin qiymətli kağızlarını “Lukoil”in xarici aktivləri ilə dəyişmək yolu ilə reallaşdırmağı təklif edir.

Agentlik bildirir ki, “Xtellus” bu aktivlər üçün tenderdə iştirak edən təxminən on şirkətdən biridir. Digər iştirakçılar arasında “Carlyle” investisiya fondu və Amerika neft-qaz nəhəngi “Chevron” da var.

Qeyd edək ki, dekabrın əvvəlində ABŞ hökuməti Lukoil-in Rusiya xaricində yerləşən yanacaqdoldurma məntəqələrinin saxlanması, istismarı və ləğvi ilə bağlı mal və xidmətlərin alınmasına icazə verən müddəti uzadıb. Bu qərar şirkətlə bağlı beynəlxalq əməliyyatların davam etdirilməsinə imkan yaradır.

Tahir Turan

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
23
1
globalinfo.az

2Mənbələr