AZ

Elektrikli avtomobilləri hərəkət zamanı şarj edən yol layihəsi dünyada sınaq mərhələsindədir, yoxlanılmalıdır

Bizimyol portalından verilən məlumata əsasən, ain.az bildirir.

Elektromobillərin sürətlə artdığı bir dövrdə onların şarj problemi də gündəmdə qalır. ABŞ-də bu sahədə yeni texnoloji addım atılıb - hərəkət zamanı avtomobilləri şarj edən yol istifadəyə verilib. Beləliklə, ABŞ-də elektrikli avtomobilləri hərəkət zamanı şarj edən ilk yol Detroytda istifadəyə verilib. 14-cü küçədəki 400 metrlik hissəyə asfaltın altına yerləşdirilmiş mis bobinlər vasitəsilə avtomobillərə 16 kVt enerji ötürülür. Pilot layihə bu texnologiyanın avtobus, yük maşını və şəhər nəqliyyatına necə tətbiq oluna biləcəyini araşdırır. Avtomobildə xüsusi qəbul qurğusu olmalıdır ki, bu enerjini hərəkət zamanı ala bilsin. Mütəxəssislərə görə, bu texnologiyanın əsas faydası sürücülər üçün deyil, onu infrastrukturuna tətbiq edən şəhərlər və ştatlar üçün olacaq. Layihənin uğuru elektrik nəqliyyatında daha dayanıqlı və rahat gələcəyin qurulmasına təkan verə bilər.Bizdə də bu cür yollar mümkün olarmı, yoxsa daha böyük tıxac üçün zəmin yaranar?

Mövzu ilə bağlı Bizimyol.info xəbər portalına nəqliyyat eksperti Aslan Əsədov bildirib ki, bu texnologiya əvvəllər tramvay və trolleybuslarda tətbiq olunub.

Aslan Əsədov

“Belə informasiya xarakterli məlumatlar var. Ancaq bu mütləq nəm, yağış olmayan havalarda tətbiq edilməlidir. İqlimin xüsusiyyətini nəzərə almadıqda, yəni pis hava şəraiti olduqda insanları “tok” vura bilər, yaxud müəyyən şüalanma baş verə bilər. Onun üçün də bu texnologiya sınaq mərhələsindədir. Məsələ tam həllini tapmamışdan öncə düşünürəm ki, innovativ yeniliklərə doğru atılan addımlar cəmiyyət tərəfindən əsasən müsbət qarşılanır. Xüsusilə bu yeniliklər real fayda verəcək layihələrdirsə. Nəqliyyat vasitələrinin hərəkətdə olarkən şarj edilməsi də bu baxımdan maraqlı və faydalı bir yanaşmadır. Bu texnologiya əvvəllər tramvay və trolleybuslarda tətbiq olunub. Həmin nəqliyyat vasitələrində enerji ötürülməsi elektrik naqilləri vasitəsilə həyata keçirilir və bu sistem artıq qurulmuş bir mexanizmə əsaslanır. Bu nöqteyi-nəzərdən, məsələ həm texniki cəhətdən mümkündür, həm də faydalı ola bilər. Gələcəkdə belə texnologiyaların daha geniş tətbiqi üçün innovativ laboratoriyaların yaradılması və sürətli həll mexanizmlərinin işlənməsi zəruridir”-deyə Aslan Əsədov qeyd edib.

Günel Həsənova, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
15
bizimyol.info

1Mənbələr