AZ

Ağsuda çay daşdı, üç kəndi rayon mərkəzinə bağlayan yolda təhlükəli vəziyyət YARANDI

Redaktor.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Ağsu ilə Maşadqanlı kəndini birləşdirən avtomobil yolunda sürüşmə qeydə alınıb.

Redaktor.az xəbər verir ki, Ağsu çayının daşması nəticəsində yola ciddi ziyan dəyib və iri çatlar yaranıb. Bu istiqamətdə üç kənd mövcuddur və kənd sakinləri çətin şəraitdə hərəkət etməyə çalışırlar.

"Bu kənddə 100 ev var və bu yolla rayon mərkəzi ilə əlaqələnir. Xəstəsi, qocası olan var. Bir balaca sel gəlsə, hər şey dağılacaq. Torpaq da şəxsi mülkiyyətdir. Yol bağlı olsa, vəziyyətimiz pis olacaq. Çatlar hər keçən gün artmaqdadır. Adam qorxur, iki maşın gələndə birinin keçməsini gözləməli olursan", - sakinlərdən biri narazılığını dilə gətirib.

Başqa bir sakin isə bildirib: "Sürüşmələr artmaqda davam edir, nə qədər artacaq, xərclər böyüyəcək. Məktəbə gedən uşaqlar çətinlik yaşayırlar, valideynlər onları çaya düşməmələri üçün özləri aparıb-gətirirlər".

Daha ətraflı Baku TV-nin videomaterialında:

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
12
7
redaktor.az

8Mənbələr