AZ

Medvedevdən Zelenskinin referendum açıqlamasında sərt reaksiya

ain.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Ukrayna Prezidenti Volodimir Zelenskinin ölkədə mümkün referendumla bağlı açıqlamalarını tənqid edib.

Globalinfo.az xəbər verir ki, o, bu barədə X sosial media hesabında paylaşım edib. Medvedev yazıb ki, belə bir addım münaqişənin həllini daha da gecikdirəcək.

“Zelenskinin bəhs etdiyi ərazi üzrə referendum danışıqları uzadacaq. Kiyev rəhbərliyinin əsas məqsədi prosesi ləngitməkdir”.

Zelenski bundan əvvəl bildirmişdi ki, Ukraynanın ərazi güzəştləri ilə bağlı hər hansı qərar yalnız xalq səsverməsi yolu ilə verilməlidir.

Ali Radanın deputatı Aleksandr Dubinski isə deyib ki, Zelenski referendum ideyası ilə məsuliyyəti öz üzərindən xalqın üzərinə yönəltməyə çalışır.

Tahir Turan

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
37
globalinfo.az

1Mənbələr