ain.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Danimarka Kəşfiyyat Xidməti ilk dəfə olaraq ABŞ-ı potensial təhlükəsizlik təhdidi kimi təsvir edib. "Bloomberg"in məlumatına görə, bu ritorika Kopenhagenin Qrenlandiya mübahisəsi fonunda müttəfiqi haqqında fikirlərində dəyişiklik olduğunu göstərir. Qeyd olunur ki, Danimarka Kəşfiyyat Xidməti Skandinaviya ölkəsindəki iki əsas kəşfiyyat xidmətindən biridir.Amerika Birləşmiş Ştatları Avropanın "dost"udur, yoxsa "düşmən"i?
Politoloq Əli Mustafa Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Tramp administrasiyası ciddi düzəlişlər edir, hətta son olaraq “Amerikanın milli təhlükəsizlik strategiyası” adlı bir sənəd müzakirə olunur, bununla da Amerikada yeni administrasiya Amerikanın əsas müttəfiqlərini rəqiblərini yenidən müəyyənləşdirir və burada Avropa ölkələrini sanki bir qədər mütiləşdirir, yəni ənənəvi olaraq onları yaxın müttəfiq kimi təqdim etmir və Amerika daha çox öz maraqlarından çıxış edir. Politoloqun fikrincə, xüsusilə də son vaxtlar Ukrayna-Rusiya qarşıdurması fonunda Amerikanın mövqeyi Avropada da müəyyən təsəvvür yaradır ki, Amerika sanki Rusiya ilə daha çox yaxınlıq, əməkdaşlıq edir, Rusiyanın dəstəkləyir.
Əli Mustafa
“Bütün bunlara qədər Qrelandiya məsələsini də əlavə etsək, Tramp hakimiyyətə gələndə ilk iddia etdiyi ərazilərdən biri həm də Qrellandiya idi. Bu da Danimarkanı narahat edir. Görünür, bu məsələ heç sonlanmayıb. Yəni hansısa potensial təhlükə, təhdid yenə də qalır. Danimarka Amerikadan təhlükə gözləyirmiş ki, belə bir mövqe ortaya qoyur. Bu baxımdan da "Amerika Birləşmiş Ştatları Avropaya dostdur, yoxsa düşmən?" sualına belə cavab vermək olar ki, Avropa və Amerika Birləşmiş Ştatları ənənəvi müttəfiqdirlər.
Tramp administrasiyasının qənaəti Amerika Birləşmiş Ştatlarının maraqlarına xidmət etməkdir. Amerika Birləşmiş Ştatları Avropanı öz potensial tərəfdaşı kimi görür. Burada daha çox iqtisadi və geopolitik maraqları önə çıxır. Birmənalı olaraq, dost və düşmən demək çətindir. Bu münasibət daha çox müttəfiq, hətta bəzi hallarda rəqib olaraq da qiymətləndirilir. Yəni bu məsələlərdə ekspertlərin yanaşmaları fərqlidir. Anlaşılan odur ki, artıq Avropa, xüsusilə Rusiya-Ukrayna savaşı fonunda Amerikadan daha çox narahat olmağa başlayıb”-deyə politoloq bildirib.
İradə Cəlil, Bizimyol.info
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.