Bakı. Trend:
İtaliyanın "İnter" klubunun heyətində ciddi itkilər başverib.
Trend xəbər verir ki, Milantəmsilçisinin müdafiəçisi Françesko Açerbi və yarımmüdafiəçisiHakan Çalhanoğlu sıradan çıxıb.
Hər iki futbolçu UEFA çempionlar Liqası Liqa mərhələsinin 6-cıturunun "Liverpul"la oyununda zədələnib.
Açerbinin zədəsi ciddidir. İtaliyalı mərkəz müdafiəçisi təxminən1 ay yaşıl meydanlardan uzaq qalacaq. Hakan isə həftəsonu ASeriyasında "Cenoa" ilə matçda iştirak etməyəcək. Türkiyəliyarımmüdafiəçi dekabrın 14-də İtaliya Superkubokunun "Bolonya"görüşündə komandaya kömək edə biləcək.