Avropa liderlərinin Ukraynada sülhün təmin olunması ilə bağlı mövqeyi Vaşinqtonu qəzəbləndirib.
Publika.az xəbər verir ki, bu barədə "Axios" portalı məlumat yayıb.
“Avropalılar (Kiyevə) səbirli olmağı tövsiyə etdi və bu yolla Kiyevə ümid verdilər, lakin Vaşinqtondakı bəzi şəxsləri qəzəbləndirdilər”, — deyə məlumatda bildirilir.
"Axios" yazır ki, Ukrayna lideri Volodimir Zelenski ABŞ-dan Prezident Donald Trampın 20 maddədən ibarət planının mümkün qədər tez qəbul olunması tələbi ilə artan təzyiqlə üzləşir.