AZ

Avropa İttifaqı ilə dərin əməkdaşlıq və davamlı inteqrasiya Cənubi Qafqaz ölkələri üçün geniş imkanlar yaradacaq - AÇIQLAMA

Tbilisi, 11 dekabr, AZƏRTAC

"Dərin əməkdaşlıq və davamlı inteqrasiya Cənubi Qafqaz üçün, o cümlədən Gürcüstan, Azərbaycan və Ermənistan üçün etibarlı enerji və tranzit dəhlizi və enerji ticarətində Avropa İttifaqının güclü tərəfdaşı olmaq üçün geniş imkanlar yaradacaq".

AZƏRTAC xəbər verie ki, bu sözləri Gürcüstan Parlamentinin İqtisadi siyasət komitəsinin sədri Şota Berekaşvili Vyanada Avropa Parlamentində keçirilən Enerji İttifaqının Parlament Plenumunda çıxışı zamanı söyləyib.

O bildirib ki, Gürcüstan dayanıqlı, təhlükəsiz və inteqrasiya olunmuş Avropa enerji məkanının formalaşmasında fəal iştirak etməyə hazırdır.

“Enerji ölkəmiz üçün strateji bir sektordur. Gürcüstan enerji sektorunda qanunvericiliyi və bazar təcrübələrini Avropa standartlarına uyğunlaşdırmaqda fəal şəkildə davam edir. Daha dərin əməkdaşlıq və davamlı inteqrasiya Cənubi Qafqaz üçün, o cümlədən Gürcüstan, Azərbaycan və Ermənistan üçün etibarlı enerji və tranzit dəhlizi və enerji ticarətində Avropa İttifaqının güclü tərəfdaşı olmaq üçün geniş imkanlar yaradacaqdır. Məqsədimiz Gürcüstanın etibarlı tərəfdaş və birləşdirici ölkə kimi mövqeyini gücləndirəcək təhlükəsiz, şaxələndirilmiş və müasir enerji sistemi yaratmaqdır. Bu, onu gücləndirir” - deyə, komitə sədri bildirib.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

 

Seçilən
28
azertag.az

1Mənbələr