AZ

Rusiya ilə müharibəyə hazırlıq KONKRET

Konkret.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Serbiya 2025-ci ilin sonuna qədər məcburi hərbi xidməti bərpa edəcək.

KONKRET.az globalinfo.az xəbər verir ki, bu barədə Serbiya Prezidenti Aleksandr Vuçiç “Tanjuq” agentliyinə açıqlamasında bildirib.

Vuçiç deyib ki, 75 günlük məcburi hərbi xidmətin tətbiqi yaxın vaxtlarda başlayacaq: “Biz bunu tez edəcəyik. Səhv etmirəmsə, bu il hərbi xidmət 75 gün müddətinə başlayacaq”.

Dövlət başçısı Avropa ölkələrinin Rusiya ilə müharibəyə hazırlıq gördüyünü xatırladaraq, Serbiya ordusunun, xüsusilə də Hərbi Hava Qüvvələrinin gücləndirilməsinin prioritet təşkil etdiyini vurğulayıb.

Bundan əvvəl – noyabrın əvvəlində Vuçiç sursat ixracının bərpa ediləcəyini açıqlayıb. O, bu qərarın iqtisadi zərurət və ölkədə iş yerlərinin qorunması ilə bağlı olduğunu bildirib.

Qeyd edək ki, Rusiya Xarici Kəşfiyyat Xidməti daha əvvəl Serbiyanı istehsal etdiyi sursatın Ukrayna ordusuna çatmasına göz yummaqda ittiham etmişdi.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
10
3
konkret.az

4Mənbələr